Bank Of Baku

Türkiyədə 30 il həbsdə yatan Məmməd Əli Ağcaya ABŞ və Avropadan film təklifləri gəlib

Türkiyədə 30 il həbsdə yatan Məmməd Əli Ağcaya ABŞ və Avropadan film təklifləri gəlib
# 10 yanvar 2010 13:15 (UTC +04:00)
Vəkil deyib ki, onun müştərisinin İtaliya qəzeti “La Repubblica”ə bir müsahibə əvəzində 2 milyon dollar qonorar istəməsi ilə bağlı xəbər yalandır: “ Amma Məmməd Əli Ağcaya çoxlu, sənədli film, kino, serial və kitabla bağlı təkliflər var. Təklif sahiblərinin adlarını onlardan icazə almadan açıqlamaq doğru deyil. Amma Avropa və ABŞ-ın çox tanınmış prodakşn şirkətlərindən gələn təklifləri Ağcaya çatdırmışam”.

Vəkili bildirib ki, Ağca gələn təkliflərin hər birini dəyərləndirir, qərarını isə azadlığa çıxandan sonra verəcək.

Müdafiəçi bildirib ki, Ağcanın sığınmaq üçün ölkə axtarması barədə deyilənlər də həqiqəti əks etdirmir: “Ağca hələ Türkiyə vətəndaşıdır. O, Türkiyənin hər yerində qala bilər. Amma azadlığa çıxandan sonra beş qitəni gəzmək fikrindədir”.

Vəkili deyib ki, Ağcanın fiziki və psixoloji sağlığı tam yerindədir: “O, evlənməyi düşünür və bunun üçün uyğun bir namizəd axtarır”.

Qeyd edək ki, Məmməd Əli Ağca 30 ildir ki, həbsdə yatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR