Bank Of Baku

İsrail Qəzzanın şərqini bombalayıb, 3 nəfər ölüb

İsrail Qəzzanın şərqini bombalayıb, 3 nəfər ölüb
# 10 yanvar 2010 21:50 (UTC +04:00)
Məlumata görə, Deyr El-Balahın şərqinə endirilən bomba zərbələri zamanı İslami Cihad qruplaşmasının hərbi qanadına aid olan “Saraya Əl Qdüs” üzvlərindən 3-ü ölüb.

İsrail Ordusunun mətbuat xidməti əraziyə bomba zərbələri endirildiyini təsdiqləyib.

Açıqlamada bildirilib ki, İsrail Hava Qüvvələri bombalanmış ərazidə toplaşmış qrupun ölkəyə raket hücumu edəcəyi barədə məlumata malik olub və bunun qarşısını almaq üçün qrupu zərərsizləşdirmək tədbirləri keçirib.

Açıqlamada o da bildirilib ki, İsrail ordusu bu cür məlumatlar aldıqca qruplaşmaları zərərsizləşdirməyə davam edəcək.

Ordunun digər açıqlamasında isə öldürülənlərdən biri olan Abid Əbu Nasinin “Əl-Qdüs” qruplaşmasının komandirlərindən biri olduğunu bildirilib.

Son günlər Qəzzadan da İsrailin cənubuna bir neçə hava hücumu təşkil edilib.

İsrail Nazirlər Kabinetinin dünən keçirilmiş iclasında baş nazir Benyamin Netanyahu son zamanlar raket zərbələrinin artmasından narahatlığını bildirərək, buna qarşı dərhal və kəskin cavab verilməsinin labüdlüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR