Bank Of Baku

Xorvatiyada keçirilən prezident seçkilərində hüquqşünas və bəstəkar İvo Yosipoviç qalib gəlib - FOTO

Xorvatiyada keçirilən prezident seçkilərində hüquqşünas və bəstəkar İvo Yosipoviç qalib gəlib - <font color=red> FOTO</font>
# 11 yanvar 2010 07:21 (UTC +04:00)
Bakı – APA. Xorvatiyada keçirilən prezident seçkilərinin ikinci turunda Sosial-Demokrat Partiyasının lideri İvo Yosipoviç qalib gəlib. APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, İ. Yosipoviç 60,29%, onun rəqibi, paytaxt Zaqrebin meri Milan Bandiç isə 39,71% səs toplayıb. İndiki prezidenti Stepan Mesiç iki dəfə bu vəzifəyə seçildiyi üçün üçüncü dəfə namizədliyini irəli sürməyib. Hakimiyyətdəki Xorvatiya Demokratik Birliyinin namizədi Andriya Xebranq ilk turda üçüncü yeri tutub və ikinci tura keçə bilməyib.

Yeni dövlət başçısı 52 yaşındadır. O, hüquq sahəsində bir sıra elmi araşdrımaların müəllifi olmaqla yanaşı, eyni zamanda bəstəkardır. İ. Yosipoviç Xorvatiyanın 1991-ci ildə müstəqillik qazanmasından bəri seçilən üçüncü prezidentdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR