Bank Of Baku

Qazaxıstan ATƏT-in sədri qismində münaqişələrin həllinə yeni impuls verəcəyinə ümid edir

Qazaxıstan ATƏT-in sədri qismində münaqişələrin həllinə yeni impuls verəcəyinə ümid edir
# 11 yanvar 2010 12:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev və Böyük Britaniyanın xarici işlər naziri Devid Millibend arasında telefon danışığı olub. APA-nın məlumatına görə, tərəflər ATƏT, əsasən də postsovet məkanındakı münaqişələrin həlli üçün səyləri davam etdirməyin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, prezident Nursultan Nazarbayevin bu münaqişələrin tarixi və hazırkı vəziyyətini dərindən bilməsi, MDB ölkələrində onun şəxsiyyətinə inam və hörmətin olması ümid etməyə əsas verir ki, Astana ATƏT-in sədri qismində həmin münaqişələrin həllinə yeni impuls verə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR