Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Söz ağızdan bir dəfə çıxar, Davosa getməyəcəyəm”

Rəcəb Tayyib Ərdoğan: “Söz ağızdan bir dəfə çıxar, Davosa getməyəcəyəm”
# 11 yanvar 2010 14:15 (UTC +04:00)
Bakı – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsveçrənin Davos qəsəbəsində keçiriləcək ənənəvi Dünya İqtisadi Forumuna qatılmayacağını bəyan edib. APA-nın xəbərinə törə, R. T. Ərdoğan yerli media mənsublarına açıqlamasında “söz ağızdan bir dəfə çıxar. Mən bir daha oraya getməyəcəyəm”, deyib.

Xatırladaq ki, ötən il “Qəzza: Orta Şərqdə sülh modeli” mövzusunda Davos Forumu çərçivəsində təşkil olunan paneldə R. T. Ərdoğanla İsrail prezidenti Şimon Peres arasında qalmaqal yaşanmışdı. Panelin aparıcısı Ş. Peresə cavab vermək istəyən Türkiyə baş nazirinə əlavə vaxt vermədikdən sonra R. T. Ərdoğan ayağa qalxaraq aşağıdakı tarixi bəyanatı vermiş və salonu tərk etmişdi: “Mənim üçün Davos bitmişdir. Bir daha Davosa gəlməyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR