Bank Of Baku

Kiprdə iri media holdinqin rəhbəri qətlə yetirilib

Kiprdə iri media holdinqin rəhbəri qətlə yetirilib
# 12 yanvar 2010 11:18 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. Yanvarın 11-də Nikosiyada Kiprin iri media holdinqinin rəhbəri evinin qarşısında qətlə yetirilib. APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə bu barədə Frans-Press agentliyi xəbər yayıb.
Məlumatda bildirilir ki, qatil 43 yaşlı Andis Hacıkostisə (Andis Hadjicostis) iki dəfə atəş açandan sonra onu motosikletdə gözləyən yoldaşı ilə birlikdə naməlum istiqamətdə qaçıb. Hadisə Fransa və ABŞ səfirliklərinin binası yaxınlığında baş verib. Hər iki səfirlik 24 saat ərzində mühafizə olunsa da, mühafizəçilərin qətli törədənləri görüb-görməməsinə dair məlumat yoxdur.
Qeyd edək ki, iki övlad atası olan A. Hacıkostis “Kostis Hacikostis” (Costis Hadjicostis) media şirkətinin sahibi olmaqla yanaşı, “Dias Media” korporasiyasının icraçı direktoru vəzifəsində çalışıb. Onun rəhbərlik etdiyi holdinqə adada tanınmış üç televiziya şirkəti - “Siqma”, “Siqma 1 İdman” və “Siqma 2 İdman”, habelə “Simerini” qəzeti də daxil olmaqla, iki qəzet, beş radiostansiya və 12 jurnal daxildir.
Əlavə edək ki, çox böyük siyasi nüfuza malik olan A. Hacıkostis Kiprin türk və yunan hissələrin birləşməsinə dair aparılan danışıqlarda da iştirak edirdi.
Qətlin sifarişli olması fərziyyəsi səsləndirilsə də, hələlik baş vermiş hadisə ilə əlaqədar heç bir rəsmi versiya irəli sürülməyib. Qatillərin isə peşəkar olduğu deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR