Bank Of Baku

Türkiyə İsraildən izahat və üzrxahlıq tələb edib

Türkiyə İsraildən izahat və üzrxahlıq tələb edib
# 12 yanvar 2010 15:54 (UTC +04:00)
Bakı – APA. Türkiyə Xarici İşlər Nazirliyi İsraildəki səfir Oğuz Çelikkola bu ölkə Xarici İşlər Nazirliyində edilən hörmətsizliklə bağlı sərt bəyanat yayıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, olayla əlaqədar İsrailin Türkiyədəki səfiri Qabi Levi XİN-ə çağırılıb: “Səfirə İsrail xarici işlər nazirinin müavininin səfirimiz Oğuz Çelikkolla görüşündə ortaya qoyduğu mövqe və bu mövqeni ifadə etmə tərzinə etirazımız çatdırılıb, bu məsələyə dair izahat və üzrxahlıq gözlədiyimiz bildirilib. Verdiyi son açıqlamalar və Tel-Əvivdəki səfirimizlə görüşündəki mövqeyi və davranışları ilə diplomatiyaya zidd davranış sərgiləmiş İsrail xarici işlər nazirinin müavinini diplomatik nəzakət və hörmət qaydalarına əməl etməyə çağırırıq. Türkiyənin əxlaq sıralamasındakı yerini müəyyən etməyin də heç kimin həddi olmadığını bir daha vurğulamaq istərdik. Türkiyə Tel-Əvivdəki səfirimizə qarşı göstərilən münasibətlə bağlı qarşı tərəfdən vəziyyəti düzəldəcək addımlar gözləyir”.

Qeyd edək ki, yanvarın 11-də Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Denni Ayalon Türkiyədə yayımlanan “Qurdlar vadisi” teleserialında İsrail və yəhudilər əleyhinə təbliğata yer verildiyini bildirərək ölkəsinin bundan narahat olduğunu rəsmi şəkildə səfirin nəzərinə çatdırıb. Lakin İsrail mediası görüşdə diplomatik qalmaqal yaşandığını xəbər verib. Belə ki, görüşdə O. Çelikkol D. Ayalonun əyləşdiyi kreslodan daha alçaqda olan divanda əyləşdirilib. Bundan başqa, fotomüxbirlər nazir müavinindən səfirlə salamlaşmasını xahiş etsələr də, D. Ayalon bunu rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR