Bank Of Baku

Məhkəmə Silvio Berluskoninin qardaşının 4 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb

Məhkəmə Silvio Berluskoninin qardaşının 4 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb
# 13 yanvar 2010 09:17 (UTC +04:00)
Roma-APA. İtaliya kassasiya məhkəməsi baş nazir Silvio Berluskoninin kiçik qardaşı Paolonu maliyyə fırıldaqlarında günahkar bilərək 4 ay müddətinə azadlıqdan məhrum edib. APA-nın məlumatına görə, məhkəmə üzvləri Paolo Berluskoninin vəkillərinin vəsatətini rədd edərək Milan apellyasiya məhkəməsinin 2008-ci ildə çıxarılmış qərarını qüvvədə saxlayıblar. Bununla belə baş nazirin qardaşı həbsdə yatmayacaq, onun ittiham olunduğu maddə amnistiyaya düşür. Bu işlə bağlı məhkəmə araşdırması 1999-cu ildə başlanıb. Həmin il Milan bölgəsində iri zibilliklərdə təmizlik işləri aparan Simec firmasının fəaliyyətində irimiqyaslı maliyyə pozuntuları aşkarlanıb. Bu şirkət əvvəllər Berluskoniyə məxsus olub, daha sonra isə şirkətə sahiblik kiçik qardaşına keçib. Araşdırma zamanı məlum olub ki, Paolo Berluskoni vergilərdən yayınmaq üçün firmanın hesabat sənədlərini saxtalaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR