Bank Of Baku

Dani Ayalon: “Türkiyə səfirini təhqir etmək istəməmişəm”

Dani Ayalon: “Türkiyə səfirini təhqir etmək istəməmişəm”
# 13 yanvar 2010 10:23 (UTC +04:00)
Bakı – APA. İsrail xarici işlər nazirinin müavini Dani Ayalon Türkiyə səfiri Oğuz Çelikkolla onun arasında baş vermiş insidentlə bağlı açıqlama verib. APA-nın “Mignews”a istinadən yaydığı məlumata görə, D. Ayalon aşağıdakıları bildirib: “Türkiyədə İsrailə qarşı hücumların yolverilməzliyi barədə mənim mövqeyim hələ də aktualdır. Lakin mən xarici ölkə səfirini təhqir etmək istəməmişəm. Gələcəkdə mövqeyimi daha məqbul diplomatik metodlardan istifadə edərək izah edəcəyəm”.

Xatırladaq ki, yanvarın 11-də Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Dani Ayalon Türkiyədə yayımlanan “Qurdlar vadisi” teleserialında İsrail və yəhudilər əleyhinə təbliğata yer verildiyini bildirərək ölkəsinin bundan narahat olduğunu rəsmi şəkildə səfirin nəzərinə çatdırıb. Lakin görüşdə diplomatik qalmaqal yaşanıb. Belə ki, O. Çelikkol D. Ayalonun əyləşdiyi kreslodan daha alçaqda olan divanda əyləşdirilib. Bundan başqa, fotomüxbirlər nazir müavinindən səfirlə salamlaşmasını xahiş etsələr də, D. Ayalon bunu rədd edib. D. Ayalon ibrani dilində jurnalistlərə bildirib: “Onun bizdən daha aşağıda oturduğunun və masada tək bayraq olduğunun görünməsini istədik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR