Bank Of Baku

ATƏT Parlament Assambleyasının qış sessiyasının proqramı açıqlanıb

ATƏT Parlament Assambleyasının qış sessiyasının proqramı açıqlanıb
# 13 yanvar 2010 15:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT Parlament Assambleyasının fevralın 18-19-da Vyanada keçiriləcək 9-cu qış sessiyasının proqramı açıqlanıb. APA-nın xəbərinə görə, sessiya ATƏT PA-nın prezidenti Joao Suaresin çıxışı ilə açılacaq. Sonra ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev çıxış edəcək. Sessiya çərçivəsində siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm və texnologiya komitələrinin iclasları keçiriləcək. Fevralın 19-da isə demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitənin yığıncağı olacaq, həmçinin Əfqanıstandakı vəziyyət müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR