Bank Of Baku

Nursultan Nazarbayev ATƏT ölkələrini 2010-cu ildə qurumun sammitini keçirmək təşəbbüsünü dəstəkləməyə çağırıb

Nursultan Nazarbayev ATƏT ölkələrini 2010-cu ildə qurumun sammitini keçirmək təşəbbüsünü dəstəkləməyə çağırıb
# 14 yanvar 2010 12:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Rəsmi Astana ATƏT ölkələrini Qazaxıstanın quruma sədrlik etdiyi dövrdə zirvə görüşü keçirmək təklifini dəstəkləməyə çağırıb. APA-nın məlumatına görə, bu çağırış Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ATƏT Daimi Şurasına videomüraciətində öz əksini tapıb: “ATƏT-in son sammitinin 10 il əvvəl keçirilməsi qurumun konsensus əsasının böhran vəziyyətində olmasa da, durğunluq vəziyyətində olduğunu göstərir. Bu səbəbdən iştirakçı ölkələri 2010-cu ildə ATƏT dövlət başçılarının sammitinin keçirilməsinə dair Qazaxıstanın təşəbbüsünü dəstəkləməyə çağırırıq. Bu sammit həmçinin Helsinki Yekun Aktının 35, Paris Xartiyasının qəbulunun 20, Böyük Vətən Müharibəsinin başa çatmasının 65 illiyini qeyd etməyə imkan verər”. Qazaxıstan prezidenti hesab edir ki, sammitdə həmçinin ATƏT-in məsuliyyət zonasında aktual təhlükəsizlik problemlərini, Əfqanıstandakı durumu və tolerantlıq məsələlərini müzakirə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR