Bank Of Baku

Türkiyənin İsraildəki səfiri Ankaraya qayıdıb

Türkiyənin İsraildəki səfiri Ankaraya qayıdıb
# 16 yanvar 2010 10:14 (UTC +04:00)
Bir müddət hava limanının VİP salonunda gözləyən O.Çelikqol saat 09:00-da Ankaraya uçub. O, Türkiyəyə qayıtması ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, sabah İsrailin müdafiə naziri Ehud Barakın Türkiyəyə səfəri gözlənilir. O, müdafiə naziri Vecdi Gönül və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək. Səfirin ölkəsinə dönüşünün E.Barakın səfəri ilə bağlı olduğu ehtimal edilir.

Xatırladaq ki, yanvarın 11-də Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Dani Ayalon Türkiyədə yayımlanan “Qurdlar vadisi” teleserialında İsrail və yəhudilər əleyhinə təbliğata yer verildiyini bildirərək, ölkəsinin bundan narahat olduğunu rəsmi şəkildə səfirin nəzərinə çatdırıb. Lakin görüşdə diplomatik qalmaqal yaşanıb. Belə ki, səfir əvvəlcə qapıda bir qədər gözlədilib. Türk diplomat otağa daxil olduqda nazir müavini onunla salamlaşmayıb. Bundan başqa, O.Çelikkol D.Ayalonun əyləşdiyi kreslodan daha alçaqda olan divanda əyləşdirilib. D.Ayalon ibrani dilində jurnalistlərə bildirib: “Onun bizdən daha aşağıda oturduğunun və masada tək bayraq olduğunun görünməsini istərdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR