Bank Of Baku

Yunanıstan Mətbuat və İnformasiya Nazirliyinin binası qarşısında partlayış baş verib

Yunanıstan Mətbuat və İnformasiya Nazirliyinin binası qarşısında partlayış baş verib
# 16 yanvar 2010 11:37 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. Bu gün Yunanıstanın paytaxtı Afina şəhərinin mərkəzində yerləşən Mətbuat və İnformasiya Nazirliyinin binası qarşısında partlayış baş verib.

APA-nın india-server.com saytına istinadın verdiyi məlumata görə, bu barədə yerli polis orqanları açıqlama yayıb.

Əldəqayırma bombanın işə düşməsi nəticəsində nazirliyin binasına xeyli ziyan dəysə də, ölən və ya yaralananlar olmayıb.

Partlayışdan əvvəl Afinanın iki özəl televiziya stansiyasına və qəzetinə naməlum şəxs zəng edərək, bombaya dair xəbər verib. Naməlum şəxsin zəngindən 15 dəqiqə sonra partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində binanın bir neçə pəncərəsində şüşələr sınıb.

Əlavə edək ki, son həftə ərzində bu, Afinada dövlət qurumunun yanında ikinci partlayışdır. Birinci bomba yanvarın 9-da parlament binası yaxınlığında yerləşən naməlum əsgər abidəsinin yanında partladılıb. O zaman partlayışa görə məsuliyyəti solçu qruplaşma öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR