Bank Of Baku

Türkiyənin İsraildəki səfiri ölkəsi ilə rəsmi Təl-Əviv arasında yaranmış diplomatik böhranın təfərrüatlarını danışıb

Türkiyənin İsraildəki səfiri ölkəsi ilə rəsmi Təl-Əviv arasında yaranmış diplomatik böhranın təfərrüatlarını danışıb
# 16 yanvar 2010 18:12 (UTC +04:00)
“Biz İsraillə aramızda yaşanmış çox üzücü diplomatik böhranın bitdiyini hesab edirik. Çünki gözlədiyimiz üzr gəldi”-deyə, səfir bildirib.


Səfir diplomatik böhrana yol açan görüşün detallarını da mediaya danışıb:
“Mənim İsrail xarici işlər nazirinin müavini Dani Ayalon ilə görüşüm normal diplomatik çərçivəsində, nəzakət ziyarəti idi. Etiraz, “Qurdlar vadisi” filmi ilə bağlı hər hansı məsələ gündəlikdə yox idi.

Qapıda bizi gözəl qarşıladılar. Məni yuxarı çıxartdılar. Yuxarıda bir-iki dəqiqə gözlədik. Mən də o otağı ilk dəfə görürdüm. Qapıda fotoqraflar və operatorlar vardı. Mən həmişə İsraildə gəzərkən də fotoqraflar daim çəkirlər. Ona görə də burda qeyri-adi nəsə olduğunu düşünmədim. Amma sonradan bunların bir qurğu olduğu ortaya çıxdı.

Nazir müavini qapıda gözlədiyim üçün üzr istədi, əlimi sıxdı, çox isti bir qarşılanma oldu. Kiçik bir otaq idi, qarşı tərəfdə 4 stul vardı, onun da qarşısında bir divan. Biz, yəni mən və səfirliyin müstəşarına divanda oturmağa yer göstərildi. Divanla stullar arasındakı fərqi biz görmədik belə. Normal məsələlərdən danışdıq. Sonra fotoqraflardan biri nazir müavininə ibrani dilində nəsə söylədi, o da cavab verdi. Mənim ibranicə bilmədiyimi də bilirlər. Görüşümüz də ingiliscə oldu.

Nazir müavini söhbəti açdı, “Qurdlar vadisi” filmindən danışdı. Mən də görmədiyimi dedim, hətta əlavə elədim ki, əgər gəlmədən söyləsəydiniz, baxıb gələrdim. Bu filmin özəl televiziyanın istehsalı olduğunu, həm də Türkiyə haqqında da buna bənzər “Midnight Express” kimi filmlərin yayımlandığını dedim.

Çox səmimi şəkildə təkrarən əl tutduq və ayrıldıq. Mən normal bir görüşümüz olduğunu zənn edirəm.

Aradan 1-2 saat keçəndən sonra israilli jurnalistlər səfirliyə telefon açdılar. Onda anladıq ki, nazir müavininə jurnalist ibarinicə " Əl tutub salamlaşarkən şəklinizi çəkə bilərəmmi?” deyə, soruşub. Nazir müavini də ’’baxın, məndən aşağıda oturur, bunu çəkin” deyə, cavab verib. Bu bir qurğu idi.

Mən üzr məktubundan sonra onunla görüşmədim. Amma bir tanıdığımız vasitəsilə “səfiri üzdüyüm üçün çox üzgünəm” deyə, xəbər yollayıb. Bunu Ankaraya hesabatımda belə göstərmədim. Çünki ciddiyə almadım".

Səfir deyib ki, bayraqla bağlı vəziyyət diplomatik norma olduğu üçün onun diqqətini çəkməyib: “Mən bir millət vəkili və nazir müavini olan adamın otağına getdim. Orda İsrail bayrağının olması təbiidir. Amma səfirin görüşləri zamanı bayrağın olmaması da normaldır. Buna görə də o tək bayrağın olmasının məni duyuq düşürməməsi normaldır.

Əgər nazir müavini bu sözləri ingilis dilində söyləsəydi, təbii ki, etiraz edərdim, görüşü dərhal bitirərdim. Bu yaşananlar diplomatiya tarixi kitablarına yazılacaq hadisədir.

Ekranda şəkilləri görəndə çox üzüldüm. Bütün ssenari içində mənə görüşün normal olduğu görüntüsü verildi, amma İsrail mətbuatına deyilənlər məni çox üzdü. Üç aydır ki, orada çalışıram. Belə hadisə olmamalı idi. Amma üzr məktubu ilə diplomatik böhran bitib”.

Xatırladaq ki, yanvarın 11-də Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Dani Ayalon Türkiyədə yayımlanan “Qurdlar vadisi” teleserialında İsrail və yəhudilər əleyhinə təbliğata yer verildiyini bildirərək, ölkəsinin bundan narahat olduğunu rəsmi şəkildə səfirin nəzərinə çatdırıb. Lakin görüşdə diplomatik qalmaqal yaşanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR