Bank Of Baku

Finlandiyada siqaret çəkmək tamamilə qadağan ediləcək

Finlandiyada siqaret çəkmək tamamilə qadağan ediləcək
# 18 yanvar 2010 19:23 (UTC +04:00)
Bakı – APA. Finlandiya hökuməti siqareti tamamilə qadağan edən ilk ölkə olmağa hazırlaşır. APA-nın məlumatına görə, ölkədə tütün məhsullarına qarşı qanunların daha da sərtləşdirilməsi planlaşdırılır.

Belə ki, ölkə parlamentinə təqdim olunacaq yeni qanun layihəsi tütün məhsullarının piştaxtalardan tamamilə yığışdırılmasını və 18 yaşına çatmamış şəxslərin hətta şəxsi avtomobillərdə belə siqaret çəkməsinin qadağan edilməsini nəzərdə tutur.

Finlandiyanın xarici işlər naziri İlkka Oksalanın sözlərinə görə, yeni qanun layihəsi ölkə əhalisinin siqaretə aludəlikdən tamamilə azad olmasını nəzərdə tutur. O, bunun tütün istehsalçılarına qarşı mübarizə deyil, məhz xalqın sağlamlığı ilə bağlı olduğunu qeyd edib. Tütün istehsalçıları isə öz növbəsində hökumətin bu qərarına qarşı rəsmi şəkildə şikayət edəcəklərini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR