Bank Of Baku

İspaniya parlamenti ABŞ rəsmilərinin üzr istəməsini tələb edib

İspaniya parlamenti ABŞ rəsmilərinin üzr istəməsini tələb edib
# 18 yanvar 2010 22:10 (UTC +04:00)
Bakı-APA. İspaniya parlamenti, Əl-Qaidə lideri Usamə Bin Ladenin yaşlandırılmış, təxmini indiki halını göstərən foto-robotunu dərc edən FTB-dən bu şəkli hazırlayarkən İspaniyanın kommunist mövqeli Birləşmiş Sol (IU) partiyasının lideri Gaspar Llamazaresin foto-şəklindən istifadə etməsi səbəbiylə ABŞ rəsmilərinin üzr istəməsini tələb edib. APA-nın Anadolu agentliyinə istinadən yaydığı məlumata görə, parlamentdəki bütün siyasi partiyalar Llamazaresə dəstək veriblər.
Llamazaresin də üzv olduğu İspaniya parlamenti xarici işlər komissiyasının yayımladığı məlumatda, ABŞ-dan Ben Ladenin foto-robotunun internetdən tamamilə yığışdırılması, günahkarların müəyyən edilməsi və millət vəkili Llamazaresden üzr istəməsi tələb olunub.
Məlumatda foto-robotun yayımlanmasının Llamazaresin təhlükəsizliyinə problem yaradacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR