Bank Of Baku

Türkiyə XİN: Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarındakı şərtlər tərəfimizdən qəbul edilə bilməz

Türkiyə XİN: Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarındakı şərtlər tərəfimizdən qəbul edilə bilməz
# 19 yanvar 2010 01:12 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: «10 oktyabr 2009 tarixində imzalanan Türkiyə-Ermənistan protokollarına dair Ermənistan Konstitusiya məhkəməsi 12 yanvar 2010 tarixində, Konstitusiyaya uyğunluq qərarını qısa mətnlə açıqlayıb. Artıq qərarın tam mətni yayımlanıb. Sözügedən qərarda, protokolların məğzinə və ruhuna zidd olan ön şərtlər və ziddiyyətli müddəalar aşkar edilib. Bu qərar sözügedən protokolların müzakirəsinin vacibliyini və protokolların əsas məqsədini zədələyir. Bu yanaşma tərəfimizdən qəbul edilə bilməz.

Türkiyə, beynəlxalq səviyyədəki öhdəliklərinə hər zamankı kimi sədaqət nümayiş etdirərək sözügedən protokolların müddəalarına sadiq olduğunu bir daha bəyan edir. Eyni sədaqəti Ermənistan hökumətindən də gözləyirik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR