Bank Of Baku

ATƏT və Avropa Şurası Ukraynadakı seçkiyə yüksək qiymət verib

ATƏT və Avropa Şurası Ukraynadakı seçkiyə yüksək qiymət verib
# 19 yanvar 2010 08:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Ukraynada prezident seçkilərinin ilk turu yüksək səviyyədə keçirilib və əvvəlki seçkilərlə müqayisədə ciddi tərəqqi olduğunu nümayiş etdirib”. APA-nın xəbərinə görə, bu qiymət seçkiləri müşahidə etmiş ATƏT və Avropa Şurası müşahidəçilərinin bəyanatında əksini tapıb. Müşahidəçilər bildiriblər, Ukraynadakı seçkilər zamanı vətəndaşların hüquqları və siyasi hüquqlara hörmət göstərilib, namizədlər sərbəst şəkildə kampaniya aparmaq imkanı əldə ediblər, kütləvi informasiya vasitələri seçicilərə namizədlər haqqında hərtərəfli məlumatlar verib, səslərin sayılması prosesi şəffaf olub.

ATƏT Parlament Assambleyasının prezidenti Joao Suares seçkilərin çox yaxşı, rəqabət şəraitində keçirildiyini və Ukrayna demokratiyasının gələcəyi üçün çox şey vəd etdiyini bildirib: “Mən bu pozitiv təcrübənin seçkilərin ikinci turunda da davam etməsini səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, seçkilərin ilk turunda ən çox səs toplayan iki namizəd – Viktor Yanukoviç və Yuliya Timoşenko fevralın 7-də ikinci turda mübarizə aparacaqlar. Mövcud prezident Viktor Yuşşenko isə seçkidə 5-ci olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR