Bank Of Baku

Fransa hökumətinin tərkibində dəyişiklər edilib

Fransa hökumətinin tərkibində dəyişiklər edilib
# 22 mart 2010 22:03 (UTC +04:00)
Bakı-APA. Fransa Prezidenti Nikolya Sarkozi hökumətin tərkibində dəyişikliklərin edildiyini elan edib. APA-nın «Exo Moskvı» radiostansiyasına istinadən verdiyi xəbərə görə, indiyə qədər hökumətdə ən nüfuzlu şəxslərdən biri sayılan əmək naziri Ksavye Darkos öz vəzifəsindən uzaqlaşdırılacaq.

Bundan sonra büdcə naziri vəzifəsini Fransua Baruen, dövdət qulluqçuları naziri vəzifəsini isə Jorj Tron tutacaq.

Qeyd edək ki, Baruen keçmiş prezident Jak Şirakın, Tron isə Sarkozinin rəqibi olan keçmiş baş nazir Dominik de Vilpenin tərəfdarıdır.

Hökumətdə dəyişiklər edilməsi barədə qərar prezident yönümlü partiyanın regional seçkilərdə məğlubiyyətə uğraması ilə əlaqədardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR