Bank Of Baku

Fransada ümummilli tətil elan olunub

Fransada ümummilli tətil elan olunub
# 23 mart 2010 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fransada prezident Nikola Sarkozinin iqtisadi və sosial sahələrdə keçirməyi planlaşdırdığı islahatlara qarşı ümummilli tətil keçirilir. «APA-Economics»in «BBC News»a istinadən məlumatına görə, islahatlara etiraz olaraq dəmir yolu nəqliyyatında çalışan 1000 nəfər işçi işə çıxmayıb. Dəmiryolçular pensiya xidmətləri, büdcə kəsiri və əhalinin alıcılıq qabiliyyətinin aşağı salınması sahələrində aparılması planlaşdırılan islahatlara qarşı çıxıb.
Bundan başqa, tətilə müəllimlərin həmkarlaq ittifaqları, nəqliyyat və dövlət müəssisələri işçiləri də fəal şəkildə qoşulublar. Hazırda Fransada dəmir yolu reyslərinin yarısından çoxu cədvələ uyğun həyata keçirilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR