Bank Of Baku

Tayyib Ərdoğan: «Əgər TBMM Konstitusiya dəyişikliklərini dəstəkləməsə, referenduma gedəcəyik»

Tayyib Ərdoğan: «Əgər TBMM Konstitusiya dəyişikliklərini dəstəkləməsə, referenduma gedəcəyik»
# 23 mart 2010 21:07 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan parlament Konstitusiya dəyişiklikləri paketini dəstəkləməzsə, referenduma getməyə hazır olduğunu bildirib. APA-nın məlumatına görə, o bu barədə partiyasının parlament fraksiyasının toplantısında bildirib.

«Bu bir qaralamadır, qanun layihəsi deyil. Daha öncə siyasi partiyalar, QHT-lər və digər təbəqələrin vurğuladıqları məqamlar diqqətə alınıb. Burada CHP-nin, MHP-nin, QHT-lərin dedikləri də var», deyə baş nazir bəyan edib.

Ərdoğan referenduma ehtiyac qalmadan, TBMM-nin bu dəyişiklikləri həyata keçirməsinə ümid etdiyini vurğulayıb. «Yox əgər bu olmazsa, qərar sahibi millətdir deyər və məsələni əziz millətimizin ixtiyarına buraxarıq», deyə o əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR