Bank Of Baku

Avropa Məhkəməsi Türkiyəyə 378 min avro cərimə kəsib

Avropa Məhkəməsi Türkiyəyə 378 min avro cərimə kəsib
# 24 mart 2010 07:44 (UTC +04:00)
Bakı – APA. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Türkiyəni rekord miqdarda cərimələyib. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, AİHM 1996-cı ildə İzmir şəhərində doğulduğu xəstəxanada qan köçürüldükdən sonra HİV virusuna yoluxduğu müəyyənləşən və hazırda 14 yaşında olan Y. T. O. adlı oğlan uşağının işi ilə bağlı qərar çıxarıb. Məhkəmə Y. T. O-nun yaşama və ədalətli mühakimə hüququnun pozulduğu qənaətinə gəlib. Qərara əsasən Türkiyə dövləti Y. T. O-ya 300 min avro maddi, 78 min avro mənəvi təzminat ödəməli və ömrünün sonuna qədər onun pulsuz müalicəsini təmin etməlidir.

Qeyd edək ki, HİV-ə yoluxan uşağın valideynləri AİHM-ə 2004-cü ildə müraciət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR