Bank Of Baku

Türkiyə XİN: Erməni iddialarını beynəlxalq hüquq müstəvisinə çıxarmağı nəzərdən keçiririk

Türkiyə XİN: Erməni iddialarını beynəlxalq hüquq müstəvisinə çıxarmağı nəzərdən keçiririk
# 24 mart 2010 12:16 (UTC +04:00)
Martın 24-də keçirdiyi həftəlik brifinqdə çıxış edən B. Özügərgin parlamentlərin tarixi məsələlər barədə qərar verəcək yerlər olmadığını deyib. “Dövlət bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəkmi?” sualına XİN-in rəsmi nümayəndəsi belə cavab verib: “Beynəlxalq hüquq instansiyalarına müraciət etmək nəzərdən keçirilən variantlardan biridir”. Diplomat Türkiyənin ABŞ və İsveçdən geri çağırılan səfirlərinin “vaxtı çatanda” geri qayıdacaqlarını söyləyib.

Xatırladaq ki, Türkiyə müxalifəti ölkənin başını ağrıtmağa davam edən uydurma “erməni soyqırımı” mövzusunda mübahisələrin hüquqi müstəviyə çıxarılması təklifi ilə çıxış edib. Türkiyənin Yaponiya və ABŞ-dakı sabiq səfiri, Türkiyə XİN aparatının sabiq rəhbəri, hazırda Cümhuriyyət Xalq Partiyasının üzvü olan millət vəkili Şükrü Ələkdağ bu məsələ ilə əlaqədar ətraflı hüquqi sənəd hazırlayaraq prezident Abdulla Gülə təqdim edib. BMT-nin Soyqırım Konvensiyası və soyqırımla bağlı bu günə qədər presedent təşkil edən məhkəmə qərarları əsasında hazırlanan sənəddə Türkiyənin önündə iki yol olduğu göstərilir. Birinci yol ermənilərin soyqırım yalanını tanımış ölkələr haqqında Beynəlxalq Haaqa Məhkəməsinə şikayət etmək, ikinci yol isə Ermənistana 1915-ci il hadisələrinin Beynəlxalq Məhkəmədə araşdırılması üçün bu instansiyaya birgə müraciət barədə təklif irəli sürülməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR