Bank Of Baku

Türkiyədə yenidən zəlzələ olub

Türkiyədə yenidən zəlzələ olub
# 24 mart 2010 16:22 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Elazığ rayonunda yenidən zəlzələ olub. APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, martın 24-də yerli vaxtla saat 16.11-də baş verən zəlzələnin episentri Elazığın Palu qəsəbəsinə aid Göydərə kəndinə təsadüf edib və 5,1 bal gücündə olub. Dağıntı və tələfat yoxdur. Bəzi evlərin divarlarında çat yaranıb. Yeraltı təkanlar Tunceli, Bingöl və Diyarbəkirdə də hiss edilib.

Xatırladaq ki, martın 8-də Elazığda baş verən zəlzələ nəticəsində 42 nəfər ölüb, 74 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR