Bank Of Baku

Quantanamoda saxlanan iki uyğur İsveçrəyə köçürülüb

Quantanamoda saxlanan iki uyğur İsveçrəyə köçürülüb
# 25 mart 2010 01:52 (UTC +04:00)
ABŞ-ın Kubada Quantanamo hərbi həbsxanasında saxlanan iki uyğur İsveçrəyə köçürülüb. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ədliyyə nazirliyi bəyanat verib.

Çin vətəndaşları olan uyğurlar 2001-ci ildə Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstana müdaxiləsi zamanı həbs edilmiş uyğurlar arasında olub.

Birləşmiş Ştatlar beş il əvvəl uyğurların ölkənin milli təhlükəsizliyinə hədə təşkil etmədiyi haqda nəticəyə gəldikdən sonra onları qəbul etməyə razı olacaq ölkə axtarırdı.

Amerika rəsmiləri Çinə göndərilsələr, saxlanılanlarla pis rəftar edilə biləcəyindən ehtiyat edirlər.

Çin Sincan regionundan olan uyğurları separatizmdə ittiham edərək, onların geri qaytarılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR