Bank Of Baku

Sorğu: Türkiyə vətəndaşlarının əksəriyyəti ölkə ərazisində qeyri-qanuni yaşayan ermənilərin deportasiyasının tərəfdarıdır

Sorğu: Türkiyə vətəndaşlarının əksəriyyəti ölkə ərazisində qeyri-qanuni yaşayan ermənilərin deportasiyasının tərəfdarıdır
# 25 mart 2010 13:02 (UTC +04:00)
APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, bu nəticələr Ankarada fəaliyyət göstərən “MetroPoll” Araşdırmalar Mərkəzinin sorğusu nəticəsində ortaya çıxıb.

Respondentlərin 34 faizi isə Ərdoğanın məlum bəyanatının əleyhinə olub. Deportasiya ideyasının daha aktiv dəstəkləyənlər gənclərdir. Sorğuda iştirak etmiş 18-24 yaşlı şəxslərin 55 faizi erməni miqrantların ölkədən çıxarılmasının tərəfdarı olduğunu bildirib.

Ermənilərə qarşı dözümlü davranış nümayiş etdirənlər isə nisbətən yaşlı nəslin nümayəndələridirlər. Yaşı 55-dən yuxarı olan respondentlərin yalnız 42 faizi Ərdoğanın fikirlərini bölüşüb, 36 faizi isə bunun əleyhinə çıxıb.

“MetroPoll” mütəxəssisləri Ermənistandan olan miqrantlara müxtəlif partiyaların üzvlərinin necə yanaşdığını da araşdırıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sorğuda iştirak etmiş üzvlərinin 56 faizi ölkədə qeyri-leqal yaşayan ermənilərin deportasiyasına tərəfdar çıxıb. Milliyyətçi Hərəkat Partiyası (MHP) üzvlərinin isə 63 faizi bu qərarı dəstəkləyib. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sorğuda iştirak etmiş üzvləri arasında ermənilərin deportasiyasını istəyən və bunun əleyhinə olanların sayı isə demək olar ki, bərabər olub – müvafiq olaraq 45 və 43 faiz.
Parlamentdə kürdlərin maraqlarını müdafiə edən Barış və Demokratiya Partiyasının (BDP) əsas tərəfdarları isə Ərdoğanın bəyanatının əleyhinə çıxıblar - 54 faiz.

Erməni miqrantların Türkiyədən deportasiyasına daha kəskin reaksiya radikal islamçılardan gəlib. İslamçı görüşləri müdafiə edən “Səadət” Partiyasının sorğuda iştirak etmiş üzvlərinin 56 faizi ermənilər dəstəkləyib.

Türkiyəli sosioloqlar Türkiyədə qeyri-qanuni yaşayan ermənilərin sayı barədə də respondentlərə sual ünvanlayıblar. Məlum olub ki, sorğuda iştirak edənlərin 26 faizi Ərdoğanın qeyd etdiyi 100 min rəqəminin real olduğuna inanır. 18 faiz bu rəqəmin 25 mini keçmədiyini düşünür. Respondentlərin 40 faizi isə bu suala cavab verməkdə çətinlik çəkdiyini deyib.

Qeyd edək ki, sorğu martın 18-də Türkiyənin 31 şəhərindən 1000 nəfər arasında telefonla keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR