Bank Of Baku

Barak Obama, Britni Spirs və digər məşhurların İnternet səhifələrini sındıran haker həbs edilib

Barak Obama, Britni Spirs və digər məşhurların İnternet səhifələrini sındıran haker həbs edilib
# 25 mart 2010 13:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA. Fransada polis internetdə “Twitter” mikrobloqlar xidmətində dünyaca məşhur pop-müğənni Britni Spirs, ABŞ prezidenti Barak Obama və digər məşhurların İnternet səhifələrini sındıran hakeri həbs edib. APA-nın məlumatına görə, Fransa polisi bildirib ki, 25 yaşlı işsiz fransız valideynləri ilə birgə Püi-de-Dom mərkəzi dağlıq departamentində yerləşən Bomon şəhərində yaşayır.

Haker məşhur insanların parollarını oğurlayaraq “Twitter” sosial ünsiyyət şəbəkəsində onların şəxsi səhifələrinə daxil olub. Beləliklə, haker asanlıqla onlar tərəfindən dərc olunmuş məlumatları dəyişdirmək və ya yox edə bilmək, habelə daha az miqyasda “Facebook” saytında da pirat fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb. Lakin polis ona istəyini tam reallaşdırmaq şansı verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR