Bank Of Baku

Rusiya daxili işlər naziri Rəşid Nurqaliyev İstanbuldadır

Rusiya daxili işlər naziri Rəşid Nurqaliyev İstanbuldadır
# 25 mart 2010 21:19 (UTC +04:00)
Bakı-APA. Türkiyə daxili işlər naziri Bəşir Atalayın dəvətilə Türkiyəyə gələn və Ankarada bir neçə görüş keçirən Rusiya daxili işlər naziri Rəşid Nurqaliyev İstanbula gəlib.

APA-nın məlumatına görə, Türk Hava Yollarına aid təyyarəylə İstanbula gələn Nurqaliyevi Atatürk Hava limanının VIP Salonunda İstanbul Valisi Muammər Gülər, İstanbul əyaləti polis rəisi Hüseyin Çapkın və digər rəsmilər qarşılayıblar. Nurqaliyevin İstanbul ziyarəti çərçivəsində Topqapı Sarayını gəzəcəyi oradan da İstanbul Valisi Muammər Gülərin dəvətilə valiliyə gedəcəyi bildirilir. Ziyarətlərin ardından Rusiya daxili işlər naziri gecə saatlarında Rusiyaya qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR