Bank Of Baku

Türkiyədəki Akdamar erməni kilsəsində dini ayin keçirilməsinə icazə verilib

Türkiyədəki Akdamar erməni kilsəsində dini ayin keçirilməsinə icazə verilib
# 26 mart 2010 07:52 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Van rayonu ərazisindəki erməni Akdamar kilsəsində ildə bir dəfə dini ayin keçirilməsinə icazə verib. APA-nın “Sabah” qəzetinə istinadən yaydığı xəbərə görə, nazirlik 2007-ci ildə restavrasiya edilmiş Van Akdamar kilsəsi ilə yanaşı, Trabzondakı Sümela monastırının da ildə bir dəfə dini tədbir üçün açılmasına qərar verib. Akdamar kilsəsində ilk ayin bu il sentyabrın 12-də məhdud sayda insanın iştirakı ilə təşkil olunacaq. Türkiyədəki Erməni Patriarxlığının Ruhani Məclisinin sədri Aram Atəşyan qərara uşaq kimi sevindiklərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR