Bank Of Baku

Türkiyədəki erməni icmasının rəhbəri: “1915-ci ildə iki dost dalaşıb, bunu soyqırım kimi qiymətləndirmək lazım deyil”

Türkiyədəki erməni icmasının rəhbəri: “1915-ci ildə iki dost dalaşıb, bunu soyqırım kimi qiymətləndirmək lazım deyil”
# 26 mart 2010 15:07 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, qəbuldan sonra jurnalistlərə açıqlama verən B. Şirinoğlu 1915-ci ildə bir-birini sevən iki səmimi dostun arasına nifaq salındığını, bunun nəticəsində dostların bir-biri ilə dalaşdığını, aralarında etimadsızlıq yarandığını deyib. Bu olayların 100 il əvvəl baş verdiyinə diqqət çəkən B. Şirinoğlunun fikrincə, hər şeyi unudub gələcəyə baxmaq lazımdır.

Bir jurnalistin “1915-ci ildə Anadoluda 1,5 milyon erməni vardı, indi isə 70 min nəfər qalıb. Bunun anlamı nədir” sualına erməni icmasının təmsilçisi belə cavab verib: “Bunun adı qovğadır. Həm erməni, həm də türk tərəfdən itkilər olub. Bu 1,5 milyon erməninin böyük hissəsi xaricə köçüb. Bu gün Suriyada, İranda, İraqda, Beyrutda, Amerikada, Fransada yaşayan erməniləri hesablayın, aradakı fərqi görəcəksiniz. Mən heç nə baş vermədiyini söyləmirəm, lakin keçmişi çox da eşələməyə ehtiyac yoxdur”.

B. Şirinoğlu 1915-ci il hadisələri zamanı öz babasının da öldüyünü, ancaq olayları soyqırım kimi qiymətləndirməyə gərək olmadığını vurğulayıb: “Üstündən 100 il keçib. Dünyada belə hadisələr, müharibələr çox olub. Amma nədənsə təkcə Osmanlıda ermənilərlə bağlı baş verənlərin üstünü örtmək istəmirlər. Niyə belə edirlər, anlamıram”.

B. Şirinoğlu ermənilərin Türkiyədə özlərini təhlükəsiz hiss etdiklərini də əlavə edib: “Türkiyədə yaşayan bir ermənidən şikayət eşitdinizmi? Varmı? Yoxdur. Bəs onda bu qərar layihələri parlamentlərdə niyə qəbul olunur?”

R. T. Ərdoğanın Türkiyədə qeyri-leqal yaşayan 100 min erməninin deportasiya edilə biləcəyinə dair açıqlamasına da toxunan B. Şirinoğlu bu rəqəmi baş nazirə onun verdiyini, rəqəmin yanlış olduğunu, bu səbəblə üzr istədiyini bildirib: “Əslində Türkiyədəki 100 min ermənidən 30 mini kənardan gələnlərdir, 70 mini vətəndaşdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR