Bank Of Baku

Serbiya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyan qərar qəbul edə bilər

Serbiya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyan qərar qəbul edə bilər
# 26 mart 2010 18:22 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Doğan Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, SRS partiyasının mətbuat katibi Zoran Krasi bildirib ki, partiyanın millət vəkillərinin Serbiya parlamentinə təqdim etdikləri qanun layihəsi 1915-ci ildə baş vermiş hadisələrin rəsmən “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutur.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən həftə Türkiyənin Serbiya-Bosniya məsələsində vasitəçiliyinin müsbət dəyərləndirildiyini və bunun münasibətləri xeyli yaxınlaşdırdığını bildirib.
Davudoğlu jurnalistlərə “Min ildir ki, münaqişə vəziyyətində olduğumuz serblərlə belə məsələni həll etdik, Ermənistanla da həll edərik. Bizim sayəmizdə Serbiya ilə Bosniya-Herseqovina arasında yaxınlaşma oldu. Bosniya-Herseqovina Serbiyaya səfir belə göndərdi. Serblərlə boşnaqlar arasında olan problem Ermənistanla Azərbaycan arasındakı münaqişədən daha çox yaxın və daha çox acılarla doludur. Bir gecə yarısı Bosniya-Herseqovinanın prezidenti ilə hava limanında iki saat danışıb Serbiya ilə problemlərini çözdük. İndi də növbə Srebrenika qətliamı ilə bağlı serblərin üzr istəməsindədir. Biz bunları min ildir problemimiz olan serblərlə danışırıq, Ermənistanla niyə danışmayaq” demişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR