Bank Of Baku

Serbiya hökuməti Srebrennitsada minlərlə müsəlmanın qətlinə görə üzr istəmək niyyətindədir

Serbiya hökuməti Srebrennitsada minlərlə müsəlmanın qətlinə görə üzr istəmək niyyətindədir
# 30 mart 2010 22:06 (UTC +04:00)
APA-nın newsru.com saytın istinadən verdiyi xəbərə görə, sənəddə Serbiyanın Bosniya müharibəsi zamanı kütləvi qətllərin qarşısının alınması üçün heç bir tədbirin görülmədiyinə görə üzrxahlıq əksini tapıb.

Lakin ölkənin millətçi partiyaları artıq hazırlanan sənədə qarşı çıxıblar. Qətnamənin «tarix dərsliklərində Serbiya barəsində yanlış təsəvvür yaradacağını» iddia edən partiyaların həmin sənədin qəbul olunmasına səs verməyəcəyi gözlənilir.

VVS telekanalının məlumatına görə, hökumət gələcəkdə keçmiş Yuqoslaviyada baş vermiş bütün cinayətlərin pislənəcəyi daha bir qətnamənin qəbul olunmasına söz verib. Lakin, bu sənədin qəbul olunması yalnız millətçi partiyaların dəstəyi ilə mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR