Bank Of Baku

BMT: Kiprə dair keçirilən uzun müddətli danışıqlarda irəliləyiş əldə olunub

BMT: Kiprə dair keçirilən uzun müddətli danışıqlarda irəliləyiş əldə olunub
# 31 mart 2010 01:14 (UTC +04:00)
Nikosiyadan alınan məlumata görə, Kipr Respublikasının prezidenti Dimitris Xrsitofias və Şimali Kipr Türk Respublikasının rəhbəri Mehmet Əli Tələt BMT-nin Kipr üzrə xüsusi nümayəndəsi Aleksandr Daunerin vasitəçiliyi ilə keçirilən danışıqlarda dövlət idarəçiliyi və səlahiyyət bölgüsü, iqtisadiyyat və Avropa İttifaqı ilə münasibətlərdə irəliləyişin olduğunun qeyd edildiyi birgə bəyanata imza atıblar.

"Bu bəyanat tərəflərin münaqişənin həllində qətiyyətini və bir sıra vacib məsələlərdə irəliləyişin əldə olunduğunu bir daha sübut edir", - deyə Martin Nesirki bildirib.

Onun sözlərinə görə, BMT baş katibi hər iki lideri türklər və yunanlar arasında bölünmüş Kiprin problemlərinin adanın hər iki icmasının maraqlarına cavab verəcək həllini tapmağa çağırıb.

Qeyd edək ki, BMT Kipr probleminin həllində 1964-cü ildə cəlb olunub.

Cari ilin aprelində Şimali Kipr Türk Respublikasında keçiriləcək seçkilərdə münaqişənin nizamlanmasının tərəfdarı olan hazırkı prezident, getdikcə daha çox populyarlıq qazanan və Kipr adasında iki dövlətin yaradılmasının tərəfdarı olan Dərviş Əroğlu ilə mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR