Bank Of Baku

Sarkozinin nüfuzu getdikcə azalır

Sarkozinin nüfuzu getdikcə azalır
# 31 mart 2010 03:18 (UTC +04:00)
Bakı-APA. 2007-ci ilin mayında hakimiyyətə gəlmiş Fransa prezidenti Nikolya Sarkozinin reytinqi cari ilin mart ayında Ən aşağı nöqtəyə çatıb. APA-nın xəbərinə görə, bu barədə Daily Telegpaph qəzeti yazır.

Ipsos müstəqil sosioloji şirkətinin Le Point jurnalının sifarişi ilə keçirdiyi sorğunun nəticələrinə görə, son ay ərzində prezidentin reytinqi 7% azalıb, onun fəaliyyətini sorğu iştirakçılarının 32%-i müsbət dəyərləndirib.

Bununla yanaşı ölkənin baş naziri Fransua Fiyonun populyarlığı dəyişməz qalıb. Belə ki, onu fransızların 46%-i dəstəkləyir.

Reytinq cədvəlində ilk yeri isə Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kan tutur. Onun fəaliyyətini fransızların 55%-i dəstəkləyir.

Qeyd edək ki, Stross-Kan sosialist partiyasından 2012-ci il prezident seçkilərində mümkün namizədlərdən biri sayılır.

Onu da qeyd edək ki, martın 26-27-də keçirilən sorğuda ümumilikdə 948 nəfər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR