Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan ABŞ-a getməyə qərar verib

Rəcəb Tayyib Ərdoğan ABŞ-a getməyə qərar verib
# 31 mart 2010 10:45 (UTC +04:00)
Bakı – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nüvə enerjisi mövzusunda ABŞ-da keçiriləcək toplantıda iştirak edəcək. APA-nın “Sky Türk”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan aprelin 12-13-də ABŞ prezidenti Barak Obamanın ev sahibliyi edəcəyi toplantıya qatılmağı qərara alıb. Baş nazirdən bir gün əvvəl isə səfir Namiq Tan Vaşinqtona dönəcək.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində uydurma “erməni soyqırımı” haqqında qərar layihəsi qəbul edildikdən sonra Türkiyə bu ölkədəki səfirini geri çağırmışdı. R. T. Ərdoğan isə dəvət olunduğu nüvə toplantısına qatılmayacağını söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR