Bank Of Baku

Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona qayıdır

Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona qayıdır
# 02 aprel 2010 13:13 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan aprelin 12-13-də ABŞ prezidenti Barak Obamanın ev sahibliyi edəcəyi toplantıya qatılmağı qərara alıb: “Vaşinqtona gedəcəyəm. Müzakirə ediləcək çox şey var”.

Baş nazir Türkiyənin ABŞ-dakı səfiri Namiq Tanın da vəzifə başına dönəcəyini bildirib. N. Tan bazar ertəsi ABŞ-a yollanacaq.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində uydurma “erməni soyqırımı” haqqında qərar layihəsi qəbul edildikdən sonra Türkiyə bu ölkədəki səfirini geri çağırmışdı. R. T. Ərdoğan isə dəvət olunduğu nüvə toplantısına qatılmayacağını söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR