Bank Of Baku

Fransa XİN: Ərdoğanın səfəri zamanı PKK məsələsi müzakirə olunacaq

Fransa XİN: Ərdoğanın səfəri zamanı PKK məsələsi müzakirə olunacaq
# 02 aprel 2010 17:53 (UTC +04:00)
Bakı-APA. Fransa Xarici işlər nazirliyi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın aprelin 7-də bu ölkəyə həyata keçirəcəyi səfərlə bağlı açıqlama verib. APA-nın məlumatına görə, Fransanın Ankara səfirliyinə göndərilən açıqlamada səfərdə terrorla mübarizədə birgə fəaliyyətin də müzakirə olunacağı bildirilir.

Açıqlamada, «Avropa Birliyi terror təşkilatları siyahısında adı olan PKK-ya qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı və terrorçuluğa qarşı mübarizədə həyata keçirəcəyimiz birgə fəaliyyəti müzakirə edəcəyik» deyə bildirilir.

Son dövrlərdə bir çox Avropa ölkəsiylə birlikdə Fransa da PKK-ya qarşı əməliyyatlar həyata keçirib. Fransa Xarici işlər nazirliyi Tayyib Ərdoğanın səfəri zamanı PKK-nın Fransa ərazisində yayılmasını ortadan qaldırmaq üçün alınmış qərarların da müzakirə mövzusu olacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR