Bank Of Baku

Avropa İttifaqının yeni Viza Məcəlləsi bu gündən qüvvəyə minir

Avropa İttifaqının yeni Viza Məcəlləsi bu gündən qüvvəyə minir
# 05 aprel 2010 10:33 (UTC +04:00)
Bu qanunlar toplusunun qüvvəyə minməsi ilə bütün səfirliklər üçün eyni qeydiyyat forması tətbiq olunacaq, formanın həcmi isə azaldılacaq. Bu gündən etibarən viza üçün müraciətlərə 10 gün ərzində baxılmalıdır. Səfirlik vətəndaşa viza verməkdən imtina edərsə, bu qərarını əsaslandırmalı və vətəndaşın apellyasiya şikayəti vermək hüququnu tanımalıdır. Avropa İttifaqının bütün ölkələrinə daxil olmaq üçün qısamüddətli vizanın (3 aylıq) qiyməti böyüklər üçün 60 avro, 6-12 yaşlı uşaqlar üçün isə 35 avro təşkil edir. Bundan başqa Şengen vizası verilən zaman polis və immiqrasiya bazasına təkcə foto deyil, viza veriləcək şəxsin əl izləri də daxil edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR