Bank Of Baku

Türkiyədə “Balyoz” planı ilə bağlı üçüncü həbs dalğasında 70 hərbçi həbs edilib

Türkiyədə “Balyoz” planı ilə bağlı üçüncü həbs dalğasında 70 hərbçi həbs edilib
# 05 aprel 2010 16:45 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, aprelin 5-də səhər 14 rayonda 90 ünvanda keçirilən polis əməliyyatı zamanı 70 hərbçi həbs edilib. Saxlanılanlar arasında Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, istefada olan ordu generalı Şükrü Sarıişıq, İstanbuldakı Heydər paşa Gülhanə Hərbi Tibb Akademiyasının sabiq komandanı, istefada olan general Tuncay Çakan, istefada olan generallar Faruk Məmioğlu və Mustafa Kamal Tutkun da var.

Xatırladaq ki, aprelin 1-də məhkəmə “Balyoz” istintaqı çərçivəsində daha öncə barələrində həbs qətimkan tədbiri seçilmiş 21 hərbçini azadlığa buraxmışdı. Lakin prokurorların protestindən sonra bu şəxslər yenidən həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR