Bank Of Baku

Türkiyə baş naziri: «Bosniyanın bölünməməyi üçün üzərimizə düşən hər şeyi etməyə hazırıq»

Türkiyə baş naziri: «Bosniyanın bölünməməyi üçün üzərimizə düşən hər şeyi etməyə hazırıq»
# 05 aprel 2010 22:57 (UTC +04:00)
Bakı-APA. «Bosniyanın bölünməməyi üçün üzərimizə düşən hər şeyi etməyə hazırıq. Lazım gəlsə gəlib burada yatarıq». APA-nın məlumatına görə, bu sözlər Bosniya-Herseqovinada rəsmi səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana məxsusdur.

«Bosniya-Herseqovinada sülh və sabitlik olmadan, Balkanlarda möhkəm sülh və sabitlikdən söhbət gedə bilməz», deyə türk rəsmisi bəyan edib.

Ərdoğan həmçinin Serbiya parlamentinin Srebrenitsa qətliamına görə üzr istəməsini iki xalq arasında xoş münasibət qurulması üçün önəmli bir addım olaraq dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR