Bank Of Baku

Bu gün Türkiyə baş naziri Fransaya səfər edəcək

Bu gün Türkiyə baş naziri Fransaya səfər edəcək
# 06 aprel 2010 00:51 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fransada keçirilən «Türkiyə Mövsümü»nün bağlanış mərasiminə qatılmaq və yüksək səviyyəli fransız rəsmilərilə görüşmək üçün bu gün Parisə gedəcək.

Ərdoğan bu axşam Versal Sarayındakı operada keçiriləcək və «Türkiyə Mövsümü»nün bağlanmasına həsr olunmuş «Müsenna» adlı şouya tamaşa edəcək.

Baş nazir Ərdoğan ertəsi gün Fransa prezidenti Nikolya Sarkozi ilə görüşəcək.

Bundan əlavə Ərdoğanın fransız baş nazir Fransua Fiyon, parlamentin sədri Bernar Akkoye, Senatın spikeri Jerar Larşe ilə təkbətək görüşləri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR