Bank Of Baku

Nik Kleqq Qordon Braunla koalisiya qurmaq istəmir

Nik Kleqq Qordon Braunla koalisiya qurmaq istəmir
# 08 may 2010 22:24 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyada parlament seçkilərində məğlub olmasına rəğmən koalisiya quraraq yenidən baş nazir olmaq istəyən leyboristlərin lideri Qordon Braun deyəsən ümidlərinin üstündən xətt çəkməli olacaq.

APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, seçkilərdə üçüncü yeri tutmuş liberal-demokratların lideri Nik Kleqq seçkidə qalib gəlmiş partiyanın koalisiya qurmalı olduğunu bildirib. Daha öncə isə Mühafizəkarlar partiyasının sədri Devid Kemeron leyboristlərlə koalisiya qurmaq niyyətində olmadığını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR