Bank Of Baku

Türkiyənin ana müxalifət partiyasının lideri Dəniz Baykal istefa verib

Türkiyənin ana müxalifət partiyasının lideri Dəniz Baykal istefa verib
# 10 may 2010 13:05 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, mətbuat konfransı bir neçə gün əvvəl “Vakit” qəzetinin internet saytında yayınlanan porno kaset qalmaqalı ilə bağlı olub.

Mətbuat konfransına olduqca qəzəbli halda çıxan Dəniz Baykal seks kasetinin ona qarşı böhtan və iftira olduğunu bildirib. O, baş verənlərdə hakimiyyəti günahlandırıb və əsas səbəb kimi CHP-nin Konstitusiya dəyişikliklərinə qarşı çıxmasını, cümhuriyyətçilik prinsiplərindən çıxış etməsini və ölkədə rejim dəyişikliyinə imkan verməməkdə qərarlı olmasını göstərib.

Porno kaset skandalının partiyaya qarşı yönəldiyini vurğulayan Dəniz Baykal indiki vaxtda üzərinə düşən işin istefa vermək olduğunu bəyan edib: “Mənim istefam meydandan qaçmaq kimi yox, meydan oxumaq kimi qiymətləndirilməlidir. Ona görə də CHP-nin sədri vəzifəsindən istefa verirəm. Mən haqqımı Sizə halal edirəm, Siz də halal edin!”

Qeyd edək ki, ötən həftə Türkiyədə dini çevrələrə yaxınlığı ilə seçilən “Vakit” qəzetinin internet saytında porno kaset yayınlanıb. Qəzet kasetdə görüntüsü olan şəxslərin CHP lideri Dəniz Baykal və bu partiyadan olan millət vəkili Nəsrin Baytok olduğunu iddia edib. İddiaya görə, 2007-ci ilin parlament seçkiləri ərəfəsində Nəsrin Baytokun həyat yoldaşı Can Baytok Dəniz Baykaldan o vaxta qədər CHP liderinin icra aparatının rəhbəri olan xanımını deputat etməyi xahiş edib, bunun üçün hətt onların intim münasibətdə olmasına belə razılaşıb. Görüntülərdə Can Baytoka bənzəyən şəxs də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR