Bank Of Baku

Rusiya prezidenti Dmitri Medvedev Türkiyəyə rəsmi səfərə gəlib

Rusiya prezidenti Dmitri Medvedev Türkiyəyə rəsmi səfərə gəlib
# 11 may 2010 22:24 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev Türkiyəyə rəsmi səfərə gəlib.
APA-nin AzərTac-a istinadən verdiyi xəbərə qörə Ankaranın “Esenboğa” hava limanına Rusiya prezidenti və nümayəndə heyətini gətirən 4 təyyarə enib.

Səfər zamanı iki ölkə arasında 25 sənədin imzalanması gözlənilir. Türkiyədə atom elektrik stansiyasının inşası, gömrük keçid məntəqələrində malların keçidinin asanlaşdırılması, neft-qaz layihələri, viza rejiminin yumşaldılması və digər məsələlər üzrə sazişlər imzalanacaqdır.

Dmitri Medvedevin Türkiyənin prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşlərində beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ probleminin həlli müzakirə olunacaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR