Bank Of Baku

Dəniz Baykal: “Əlimdə məlumatlar və sənədlər var, lakin onları güvənmədiyim bu iqtidara təqdim etməyəcəyəm”

Dəniz Baykal: “Əlimdə məlumatlar və sənədlər var, lakin onları güvənmədiyim bu iqtidara təqdim etməyəcəyəm”
# 12 may 2010 07:41 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri “Sabah” qəzetinə açıqlamasında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri vəzifəsindən istefa vermiş Dəniz Baykal deyib. D. Baykal başına gələn olayla bağlı əlində məlumatlar və sənədlər olduğunu bildirib: “Lakin hazırkı mərhələdə bunları açıqlamaq istəmirəm. Sənədləri iş başındakı bu iqtidara təqdim etmək olmaz. Çünki bu iqtidara və hüquq sisteminə güvənmirəm. Proseslər fərqli şəkildə cərəyan edərsə, bizə qarşı qovğa-döyüş başlayarsa, bildiklərimi ictimaiyyətə elan edəcəyəm”.

D. Baykal istefasından sonra yaranan mənzərə qarşısında çox təsirləndiyini də əlavə edib: “Ortaya çıxan sentimental reaksiyalar məni çox şaşırtdı. Evimin önündə aclıq edənlər var. Çox acı bir mənzərədir. Mənə telefon edib aclığa başlayacaqlarını söylədilər. “Lütfən etməyin” dedim, əngəlləməyə çalışdım. Cavab verdilər ki, ilk dəfə sizin təlimatınızı yerinə yetirməyəcəyik. Gecə yarısı “İnadına Baykal!” deyə qışqırırlar. Nəvəm “baba, çıx onlara bir salam ver” dedi. Çıxa bilmədim, amma ürəyim onlarla bərabərdir”.

Qeyd edək ki, CHP gənclər təşkilatının fəalları D. Baykalın Ankaradakı evinin qarşısında aclıq aksiyası keçirərək onun istefa qərarından vaz keçib, partiyanın başına dönməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR