Bank Of Baku

CHP sözçüsü: “Partiya liderliyi üçün adı önə çıxan şəxs Kamal Kılıçdaroğludur” - FOTO

CHP sözçüsü: “Partiya liderliyi üçün adı önə çıxan şəxs Kamal Kılıçdaroğludur” - <font color=red>FOTO</font>
# 12 may 2010 13:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri NTV telekanalına açıqlamasında Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Mustafa Özürək deyib. O, CHP-nin bütün üzvlərini və təbəqələrini birləşdirəcək liderə ehtiyac duyulduğunu vurğulayıb: “Kamal Kılıçdaroğlu mənim də çox sevdiyim və hörmət etdiyim bir dostumuzdur. İstəsə, bu məsələni hörmətli Baykalla müzakirə edə bilər. Lider Kılıçdaroğlu da ola bilər, başqası da”.

Qeyd edək ki, CHP parlament fraksiyasının həmsədri olan Kamal Kılıçdaroğlu 1948-ci ildə Türkiyənin cənub-şərqindəki Tunceli rayonunda dünyaya gəlib. Ankara İqtisadi və Ticari Elmlər Akademiyasını bitirib. Türkiyə Əmək və Sosial Təminat Nazirliyi Sosial Təminat Qurumunun və Sosial Sığorta Qurumunun sədri vəzifələrində çalışıb. Daha sonra nazirlik aparatının rəhbər müavini təyin edilib. 1999-cu ildə təqaüdə çıxıb. 2002-ci və 2007-ci illərdə keçirilən parlament seçkilərində CHP-dən namizədliyini irəli sürüb və İstanbuldan millət vəkili seçilib. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi liderləri ilə bağlı sənədli-sübutlu korrupsiya ittihamları ilə çıxış etdikdən sonra ölkədə məşhurlaşıb. 2009-cu il martın 29-da keçirilən bələdiyyə seçkilərində CHP-dən İstanbul bələdiyyə sədrliyinə namizəd olub və 36% səs toplamasına baxmayaraq, 44% səs alan AKP namizədi Qədir Topbaşa uduzub. K. Kılıçdaroğlu evlidir, 3 övladı var.

Xatırladaq ki, mayın 10-da CHP sədrliyindən istefa verən Dəniz Baykal bu vəzifəyə dönmək niyyətində olmadığını, lakin siyasi fəaliyyətini davam etdirəcəyini açıqlayıb. D. Baykalın mayın 22-23-də keçiriləcək qurultayda CHP-nin fəxri sədri seçiləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR