Bank Of Baku

Türkiyə prezidenti Konstitusiya dəyişikliyini təsdiqləyib

Türkiyə prezidenti Konstitusiya dəyişikliyini təsdiqləyib
# 12 may 2010 16:44 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Konstitusiya qanunu ümumxalq referendumuna təqdim edilmək üçün baş nazirin aparatına göndərilib. Referendumun tarixi Türkiyənin Ali Seçki Qurumu (Mərkəzi Seçki Komissiyası) tərəfindən müəyyənləşdiriləcək. Ümumxalq səsverməsinin iyulun ortalarına təyin olunacağı gözlənilir.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində 3 həftəlik gərgin müzakirə və mübahisələrdən sonra Konstitusiyanın 25 maddəsinə dəyişiklik edilib. Lakin bu dəyişikliklərdən yalnız 2-si prinsipial əhəmiyyət daşıyır. Bunlardan biri Konstitusiya Məhkəməsinin, digəri isə Məhkəmə-Hüquq Şurasının tərkibinə dəyişiklik edilməsini nəzərdə tutur. Müxalifət hakimiyyət partiyasını məhkəmə hakimiyyətini ələ keçirmək cəhdində ittiham edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR