Bank Of Baku

Britaniya koalisiya kabinetinin yekun heyəti elan olunub

Britaniya koalisiya kabinetinin yekun heyəti elan olunub
# 13 may 2010 01:19 (UTC +04:00)
Bakı-APA. Dünən gecə Britaniya koalisiya kabinetinin yekun heyəti rəsmən elan olunub.

Kraliça İkinci Yelizaveta Mühafizəkarlar Partiyasının lideri Devid Kemeronun baş nazir, liberal-demokratların lideri Nik Kleqqin isə onun müavini təyin olunmasına razılığını verib.

Mühafizəkarlar xarici işlər, əmək və pensiyalar, müdafiə, ədliyyə, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, Olimpiya oyunları, KİV və idman, beynəlxalq inkişaf, Şimali İrlandiya, yerli idarəetmə və icma nazirləri, həmçinin baş prokuror vəzifəsini özlərinə götürüblər. Xarici işlər naziri postuna mühafizəkarların keçmiş lideri Uilyam Heyq gətirilib.

Xəzinədarlığın kansleri (maliyyə naziri) vəzifəsi mühafizəkar Corc Osborna qismət olub. Onun birinci müavini, Xəzinədarlığın baş katibi vəzifəsinə liberal-demokrat Devid Lous təyin olunub.

Liberal-demokratlar hökumətdə 5 yer alıblar. Kleqq və Lousdan əlavə, bunlar partiyanın veteranı, biznes, innovasiyalar və peşəkar təhsil naziri Vins Keybl, enerji və iqlim məsələləri naziri Kris Hyun, və Şotlandiya məsələləri naziri Denni Aleksanderdir.

Hökumətdə cəmi 4 qadın var. Daxili işlər naziri postuna Tereza Mey təyin olunub. O həmçinin qadın və bərabərlik məsələləri naziri postunu da daşıyacaq. Ətraf mühit naziri vəzifəsini Kerolayn Spelman, Uels məsələləri naziri vəzifəsini isə Şeril Gillan icra edəcəklər.

Yeni kabinetdə etnik azlıqların yeganə nümayəndəsi Pakistan mənşəli baronessa Səidə Varsidir. O Mühafizəkarlar Partiyasının inzibati sədri və portfelsiz nazirdir.

Hökumətin ən gənc naziri 37 yaşlı Denni Aleksandrdır, ən yaşlı isə 69 yaşlı ədliyyə naziri Kennet Klarkdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR