Bank Of Baku

Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı açıqlanıb

Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı açıqlanıb
# 13 may 2010 14:59 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, qurum referendumun 2010-cu il sentyabrın 12-də keçiriləcəyini açıqlayıb.

Bu qərar hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasını (AKP) məmnun etməyib. Belə ki, bir neçə həftə əvvəl parlamentdəki AKP çoxluğu referendum haqqında qanuna dəyişiklik edərək referendum kampaniyasının müddətini 120 gündən 60 günə endirmişdi. Bu dəyişikliyə əsaslanan AKP və hökumət referendumun iyul ayının ikinci həftəsinə təyin edilməsini gözləyirdi. Lakin Ali Seçki Qurumu belə qərara gəlib ki, referendum haqqında qanuna edilən dəyişiklik 1 il müddətində tətbiq edilə bilməz.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində 3 həftəlik gərgin müzakirə və mübahisələrdən sonra Konstitusiyanın 25 maddəsinə dəyişiklik edilib. Lakin bu dəyişikliklərdən yalnız 2-si prinsipial əhəmiyyət daşıyır. Bunlardan biri Konstitusiya Məhkəməsinin, digəri isə Məhkəmə-Hüquq Şurasının tərkibinə dəyişiklik edilməsini nəzərdə tutur. Müxalifət hakimiyyət partiyasını məhkəmə hakimiyyətini ələ keçirmək cəhdində ittiham edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR