Bank Of Baku

CHP Konstitusiya dəyişikliklərinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edir

CHP Konstitusiya dəyişikliklərinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edir
# 13 may 2010 15:13 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsinə müraciət etmək üçün zəruri olan minimum 110 millət vəkilinin imzasını toplayan CHP mayın 14-də yerli vaxtla saat 11.00-da dəyişikliklərin ləğvi üçün hazırladığı iddia ərizəsini bu instansiyaya təqdim edəcək. İddia ərizəsində dəyişikliklərin Konstitusiyanın dəyişməz maddələrinə zidd olduğu bildirilərək icrasının dayandırılması və ləğvi tələb olunur.

Qeyd edək ki, CHP-nin etirazı 2 maddə ilə əlaqədardır. Bu maddələrdə Konstitusiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının tərkibinə dəyişiklik edilməsi nəzərdə tutulur. CHP hesab edir ki, AKP bununla məhkəmə hakimiyyətini ələ keçirmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR